Pekin-2022: Azərbaycan təmsilçisinin finalda sıra nömrəsi bəlli olub
Fərdi
- 16 fevral, 2022
- 09:26
Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabovanın Pekin-2022 Qış Olimpiya Oyunlarının sərbəst proqramında buz üzərinə çıxacağı sıra nömrəsi bəlli olub.
"Report"un məlumatına görə, 19 yaşlı idmançı 10-cu sırada məharətini göstərməyə çalışacaq.
Yarış fevralın 17-də Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Ryabova qısa proqramda 61,82 xalla 16-cı olub və "24-lüy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb.
Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.
Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
Son xəbərlər
14:32
Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır
Hadisə14:22
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 23 % artıb
Maliyyə14:17
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 7 % artıb
Maliyyə14:15
Naxçıvan iqtisadiyyatı 3 %-ə yaxın böyüyüb
Maliyyə14:10
Naxçıvanda əhalinin sayı artıb
Sosial müdafiə14:06
Foto
Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru təyin olunub
Fərdi14:03
"Sumqayıt" ilk yoxlama oyununda "Qəbələ" ilə qarşılaşacaq
Futbol14:01
Foto
Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanılıb
İnfrastruktur13:54