Pekin-2022: Azər Əliyev atletlər kəndini ziyarət edib
Fərdi
- 05 fevral, 2022
- 10:14
Pekin-2022 Qış Olimpiya Oyunları üçün Çində səfərdə olan Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev atletlər kəndini ziyarət edib.
"Report"un məlumatına görə, MOK rəsmisi səfər zamanı idmançıların şəraiti ilə tanış olub.
Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
Son xəbərlər
19:42
Oman və İran Hörmüzdə sərbəst gəmiçiliyə sadiqdir
Digər ölkələr19:31
IsDB Bakıda 2,8 milyard dollarlıq inkişaf maliyyələşdirmə paketini təsdiqləyib
Maliyyə19:23
Türkiyənin freqatı ABŞ-nin hərbi bazasına çatıb
Region19:18
İslam İnkişaf Bankı (IsDB) Qrupunun 14-cü Gənclər İnkişafı Forumu Bakıda baş tutub
Maliyyə19:07
"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiya klubu ilə üz-üzə gələcək
Futbol19:05
İrəvan və Paris müdafiə sahəsində əməkdaşlığı gücləndirir
Region19:03
SOCAR-ın vitse-prezidenti Azərbaycanın aşağı karbonlu enerji perspektivlərini açıqlayıb
Energetika19:00
ICD: Azərbaycan İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir
Maliyyə18:58