Olimpiya mükafatçıları Azərbaycan çempionatına qatılmayacaq
Fərdi
- 24 noyabr, 2021
- 12:03
Azərbaycanın üç məşhur güləşçisi dekabrın 7-də start götürəcək Azərbaycan çempionatında iştirak etməyəcək.
"Report"un məlumatına görə, sərbəst güləşçilərdən 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev (65 kq) ilə olimpiya çempionu Şərif Şərifov (97 kq) yarışa qatılmayacaq.
Hər iki idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra bərpa prosesi keçmələrini səbəb göstəriblər.
Yunan-Roma güləşində isə Rafiq Hüseynov ölkə çempionatını buraxmalı olacaq. 82 çəki dərəcəsində yarışan son dünya çempionu zədə səbəbindən turnirdən kənarda qalacaq.
Qeyd edək ki, Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, Hacı Əliyev isə gümüş medal qazanıb. Azərbaycan çempionatı dekabrın 9-da başa çatacaq.
Son xəbərlər
07:23
Tramp Kubaya qarşı hərbi əməliyyatın mümkünlüyü ilə bağlı suala cavab verməyib
Digər ölkələr07:15
Bu gün Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində işıq olmayacaq
Energetika07:00
Foto
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:43
Ağdama qayıdan şəhid bacısı: Həsrətini çəkdiyim torpağa gedirik
Daxili siyasət06:40
Keçmiş məcburi köçkün: Ağdam keçmişimiz və kimliyimizdir
Daxili siyasət06:12
Belçika ABŞ səfirini məhkəməyə verib
Digər ölkələr05:52
Britaniyada kralın qardaşına qarşı iddiaları araşdırmaq üçün bölmə yaradılıb
Digər05:14
Britaniya bankirləri "Visa" və "Mastercard"a milli alternativi müzakirə edəcəklər
Digər05:02