Olimpiya çempionu Kapitoliyə hücumda ittiham olunur
Fərdi
- 14 yanvar, 2021
- 09:43
ABŞ səlahiyyətliləri üzgüçülük üzrə ikiqat olimpiya çempionu Klit Kelleri yanvarın 6-da Kapitoliyə hücum etməkdə ittiham edib.
"Report" "New York Times"a istinadən xəbər verir ki, 39 yaşlı sabiq idmançı üç maddə üzrə ittiham olunur.
Toqquşmaları yayımlayan kameralar Kellerə bənzəyən şəxsi göstərib. O, hazırda hüquq-mühafizə orqanlarına maneçilik törətməkdə, qanuni əsaslar olmadan məhdud giriş imkanı olan hər hansı binaya qəsdən daxil olmaqda və Kapitoli ərazisindəki ictimai asayişi pozmaqla günahlandırılır.
Qeyd edək ki, Klit Keller 2000, 2004 və 2008-ci il Yay Olimpiya Oyunlarında iştirak edib. O, sərbəst üsulla 4x200 m məsafəyə estafet yarışlarında iki qızıl medal qazanıb.
Son xəbərlər
09:55
Azərbaycan meyvə və giləmeyvə istehsalını 55 %-dən çox artırıb
ASK09:55
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
Sosial müdafiə09:53
Bu ilin ilk dörd ayında 11 422 nikah, 6 443 boşanma qeydə alınıb
Daxili siyasət09:53
Bu ilin ilk dörd ayında Azərbaycanda 980 əkiz, 39 üçəm doğulub
Sosial müdafiə09:49
İlham Əliyev: Bizi müharibəni başlayacağımız təqdirdə sanksiya ilə hədələyirdilər
Daxili siyasət09:49
Azərbaycan əhalisinin sayı 0,1 % artıb
Daxili siyasət09:47
Sobyanin: Moskva yaxınlığında 180-ə yaxın PUA vurulub
Region09:44
Prezident: Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik
Xarici siyasət09:40