2024-cü ilin Olimpiya Oyunlarına yeni idman növü əlavə edilib
Fərdi
- 19 avqust, 2021
- 15:29
Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında təmsil olunacaq idman növlərinin siyahısını açıqlayıb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Olimpiya Oyunlarının təşkilat komitəsi saytında məlumat yayıb.
Fransa paytaxtında olimpiadalar tarixində ilk dəfə breyk-dans üzrə yarışma keçiriləcək. Parisdə həmçinin ilk dəfə "Tokio-2020" çərçivəsində keçirilən idman dırmanması, skeytbord və sörfinq yarışları da keçiriləcək.
Tokiodakı Olimpiya Oyunları çərçivəsində ilk dəfə keçirilən karate turnirləri isə artıq olimpiada proqramından çıxarılıb.
Qeyd edək ki, "Paris-2024" Olimpiya Oyunlarının 2024-cü il 26 iyul-11 avqust aralığında keçirilməsi planlaşdırılır.
Son xəbərlər
01:21
Britaniyada Rumıniyanın iki vətəndaşı jurnalistə hücum etdiyinə görə məhkum olunub
Digər ölkələr00:55
Serbiyanın XİN rəhbəri Aİ nümayəndəsi ilə Kosovo və Metoxiyadakı vəziyyəti müzakirə edib
Digər ölkələr00:52
Foto
DÇ-2026: Misir Avstraliyanı penaltilər seriyasında məğlub edərək 1/8 finala yüksəlib - YENİLƏNİB-8
Futbol00:33
DÇ-2026: Meksika - İngiltərə oyunu ildırım səbəbindən təxirə salına bilər
Futbol00:10
Anomal istilər İsveçrədə buzlaqların əriməsini sürətləndirib
Ekologiya23:48
Suriyada aerodrom yaxınlığında mina partlayıb, ölənlər var
Digər ölkələr23:33
Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək ölüb
Hadisə23:20
Hemilton "Formula-1" üzrə Britaniya Qran-prisinin sprint yarışının qalibi olub
Formula 122:56