Böyük Dəbilqə seriyalı ilk tennis turnirində finalçılar müəyyənləşib
Fərdi
- 25 yanvar, 2019
- 11:34
Bakı. 25 yanvar. REPORT.AZ/ Tennis üzrə Böyük Dəbilqə seriyasından "Australian Open" turnirində finalçılar müəyyənləşib.
"Report"un məlumatına görə, kişilərin yarışında həlledici görüşdə dünyanın bir nömrəli tennisçisi, serbiyalı Novak Cokoviçlə ikinci sıradakı ispaniyalı Rafael Nadal qarşılaşacaq. Cokoviç yarımfinalda fransalı Lüka Puyu məğlub edib - 6:0, 6:2, 6:2. Nadal isə yunanıstanlı Stefanos Tsitsipasdan üstün olub - 6:2, 6:4, 6:0. Kişilər arasında final görüşü yanvarın 27-də Bakı vaxtı ilə 12:30-da start götürəcək.
Daha əvvəl qadınların mübarizəsində finalda yaponiyalı Naomi Osaka ilə çexiyalı Petra Kvitovanın üz-üzə gələcəyi məlum olub. Həmin oyun yanvarın 26-da Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.
Son xəbərlər
03:54
FES rəhbəri inflyasiyanı 2% səviyyəsinə qaytarmaq istəyir
Digər ölkələr03:34
"Axios": ABŞ İrana yeni zərbələr seriyasına başlayıb
Digər ölkələr03:17
Tramp İrana qarşı hərbi əməliyyatın dayandırılmasını istisna edib
Digər ölkələr02:48
Türkiyədə avtomobil çay yatağına aşıb, ölən və yaralananlar var
Region02:19
Səudiyyə Ərəbistanının müdafiə naziri Cey Di Venslə görüşüb
Digər ölkələr01:51
Argentinada helikopter qəzaya uğrayıb, yeddi nəfər həlak olub
Digər ölkələr01:40
Türkiyənin 9 vilayətində meşə yanğınları qeydə alınıb
Region01:11
Tramp: İrana güclü zərbə endirəcəyik
Digər ölkələr00:42