Norveçli idmançıların hipoksik maskalardan istifadəsi qadağan olunub

Fərdi
  • 27 dekabr, 2025
  • 12:46
Norveçli idmançıların hipoksik maskalardan istifadəsi qadağan olunub

Norveçli idmançıların hipoksik maskalardan istifadəsi qadağan olunub.

"Report"un NRK-yə istinadən məlumatına görə, bu barədə Norveç Biatlon Assosasiyasının baş katibi Emili Nordskar bildirib.

Qurum rəsmisi bir neçə gün öncə həyatını itirən üçqat Avropa çempionu Sivert Bakkenin ölümündən sonra idmançılara qeyri-müəyyən müddətə qədər hipoksik maskalardan istifadənin dərhal dayandırılması ilə bağlı tapşırıqlar verildiyini söyləyib.

S.Bakken dekabrın 22-də İtaliyada Lavatsa xizək kurortundakı bir oteldə ölü tapılıb. Daha əvvəl araşdırmalar zamanı idmançının cəsədinin üzərində hipoksik maska aşkarlanmışdı.

Hipoksik maska, bədənə oksigen daxil olmasını süni şəkildə məhdudlaşdırmaq, "dağ havası" effekti yaratmaq və aerobik göstəriciləri yaxşılaşdırmaq üçün istifadə edilən məşq ləvazimatıdır.

Qeyd edək ki, 27 yaşında vəfat edən S.Bakken 2021-ci ildə Polşada qarışıq estafet, 2025-ci ildə isə İtaliyada sprint (10 km) və estafet (4x7,5 km) üzrə Avropa çempionatının qalibi olub.

Son xəbərlər

Bütün Xəbər Lenti