Niderlandlı idmançı dünya rekordunu yeniləyərək Olimpiya çempionu olub
Fərdi
- 13 fevral, 2026
- 11:43
Şort-trek üzrə Niderland millisinin üzvü Ksandra Velzebur XXV Qış Olimpiya Oyunlarında 500 metr məsafəyə mübarizədə özünə məxsus dünya rekordunu yeniləyərək çempion olub.
"Report" xəbər verir ki, o, sözügedən məsafəni 41.609 saniyəyə qət edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Velzebur yarımfinalda 41.399 saniyə göstərici ilə özünə məxsus olan dünya rekordunu (41.416 saniyə) yeniləyib.
Bu, 24 yaşlı idmançının karyerasında ikinci Olimpiya qızılıdır. Velzebur ilk çempionluğunu 2022-ci ildə Pekində keçirilən Qış Olimpiya Oyunlarında estafet yarışında qazanmışdı.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
Son xəbərlər
20:45
Maliyyə naziri: Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi 135 milyon dollara çatıb
Maliyyə20:42
Foto
Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib
Fərdi20:29
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq
Media20:25
Azərbaycan Premyer Liqasında XX turun hakim təyinatları açıqlanıb
Futbol20:22
Səfir: Serbiya Azərbaycanla münasibətlərin daha da möhkəmlənəcəyinə ümid edir
Xarici siyasət20:18
Sahil Babayev: Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşlar iqtisadi əlaqələri intensivləşdirəcək
Xarici siyasət20:11
Paşinyan: ABŞ ilə nüvə enerjisi sahəsində saziş – Amerika texnologiyalarına çıxışdır
Digər20:03
Nazir: Azərbaycanla Serbiya arasında imzalanan 57 sənəd ikitərəfli əməkdaşlığın hüquqi bazasıdır
Xarici siyasət20:02