Nicat Abasov İddiaçılar Turnirinə heç-heçə ilə başlayıb
Fərdi
- 04 aprel, 2024
- 22:21
Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirinə start verilib.
“Report” xəbər verir ki, bu yarışda Azərbaycanı qrossmeyster Nicat Abasov təmsil edir.
O, ilk turda dünya vitse-çempionu Yan Nepomnyaşi (FIDE) ilə heç-heçə oynayıb. Partiya 34-cü gedişdə başa çatıb.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Qalib 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.
Son xəbərlər
20:32
Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib
Xarici siyasət20:26
YUNESKO sülhün təşviqi üçün Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
Region20:15
Tramp İranla razılaşmanı ABŞ Konqresinin müzakirəsinə təqdim etməyə hazırdır
Digər ölkələr20:11
Azərbaycan və Çad ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Biznes20:08
"Zirə" UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstan klubuna rəqib olub
Futbol20:07
Ermənistan Baş Prokurorluğu Köçəryana qarşı cinayət işi başlatmaq niyyətindədir
Region20:05
Azərbaycanın daha 3 boksçusu Çində keçirilən Dünya Kubokunda mərhələ adlayıb
Fərdi20:03
"Hizbullah" lideri: Xamenei və Pezeşkiana təşəkkür edirik
Region19:48