Vensan Abubakar son 6 mövsümdə ilk iki matçı qolsuz tərk etməyən yeganə debütant olub

Fərdi
  • 03 noyabr, 2025
  • 10:48
Vensan Abubakar son 6 mövsümdə ilk iki matçı qolsuz tərk etməyən yeganə debütant olub

"Neftçi"nin futbolçusu Vensan Abubakar Azərbaycan çempionatlarının son 6 mövsümündə ilk iki matçı qolsuz tərk etməyən yeganə debütant olub.

"Report" xəbər verir ki, kamerunlu futbolçu bunu X turunda "Kəpəz"lə görüşdə reallaşdırıb.

Debütündə ardıcıl 2 oyunda qol vuran hücumçu IX turun "Qəbələ" (2:0) və X turun "Kəpəz"lə (5:1) matçlarında fərqlənib. Afrikalı forvard hər görüşdə 1 dəfə fərqlənib.

Turnirin tarixində sonuncu belə debüt 2019/2020 mövsümünə təsadüf edib. Nikolas Raysel "Qəbələ"yə qoşulduqdan sonra meydana çıxdığı ilk iki oyunda rəqib qapısına yol tapıb. "Sabah"la "Səbail"in hərəsinə bir qol vuran fransalı hücumçu da Vensan kimi ilk görüşə sonradan çıxıb, digərində isə start heyətində yer alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti