Nazir müavininin qabırğası çatlayıb
Fərdi
- 17 fevral, 2021
- 10:13
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov xəsarət alıb.
Bu barədə "Report"a nazirliyin Mətbuat katibi Səmayə Məmmədova bildirib. Onun sözlərinə görə, hadisə İsmayılov işdən çıxarkən baş verib. Məmmədova bildirib ki, nazirlik rəsmisi ayağının burxulması nəticəsində yıxılıb: "İsmayıl müəllimin qabırğası çatlayıb. Ona ilkin həkim müdaxiləsi olub".
Artıq İsmayılovun xəstəxanadan evə buraxıldığını deyən mətbuat katibi onun müalicəsini ev şəraitində davam etdirdiyini diqqətə çatdırıb: "Ağır heç nə yoxdur, qısa zamanda işə çıxacaq".
Qeyd edək ki, İsmayıl İsmayılovun xəstəxanaya yerləşdirilməsini unikal.org saytı yayıb.
Son xəbərlər
08:50
Nikkei: Yaponiya Qrenlandiyaya nümayəndə heyəti göndərəcək
Digər ölkələr08:50
DÇ-2026: Türkiyə Avstraliya ilə oyunda fasiləyə məğlub yollanıb - YENİLƏNİR-2
Futbol08:48
Foto
Ağdamda mağazaya düşən ildırım yanğına səbəb olub
Hadisə08:29
Vinisius Ronaldinyonun nailiyyətini təkrarlayıb
Futbol08:22
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
Futbol08:11
ABŞ ordusu İranla əlaqəli doqquz gəmini sıradan çıxarıb
Digər ölkələr08:00
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Elm və təhsil07:31
Haiti - Şotlandiya oyununun ən yaxşı futbolçusu bəlli olub
Futbol07:20