MOK-un nümayəndə heyəti AOK-un 45-ci Seminarı və Olimpiya Həmrəyliyi forumuna qatılıb
- 03 oktyabr, 2025
- 15:46

Milli Olimpiya Komitəsinin (MOK) nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin (AOK) 45-ci Seminarı və Olimpiya Həmrəyliyi formunda iştirak edir.
Bu barədə "Report"a MOK-dan məlumat verilib.
AOK-un 45-ci Seminarı və Olimpiya Həmrəyliyi forumu Maltada öz işinə başlayıb.
Forumda ölkəmizi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və qurumun xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.
Forumun ilk günü AOK-un 45-ci seminarı və Olimpiya Həmrəyliyi formunun rəsmi açılış mərasimi ilə başlayıb. Açılışda Malta Milli Olimpiya Komitəsinin prezidenti Yulian Peys Bonello, AOK-un prezidenti Spiros Kapralos, Maltanın təhsil, idman, gənclər, tədqiqat və innovasiya naziri Klifton Qrima, habelə Avropa Komissarı Qlenn Mikallef çıxış ediblər.
Forumda AOK İcraiyyə Komitəsinin iclasları, komissiya sədrləri ilə görüşlər, birgə işçi sessiyaları, 10-cu Qış Pyotr Nurovski adına Avropanın Ən Yaxşı Gənc İdmançısı mükafatının təqdimat mərasimi, AOK və Olimpiya Həmrəyliyi üzrə seminarlar keçirilib.
AOK-un forumu Avropanın gənc idmançılarına dəstək vermək, Olimpiya dəyərlərinin təbliği və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli rol oynayır.