Millimizin üzvü Almaniya çempionu oldu
Fərdi
- 21 sentyabr, 2020
- 06:22
Şahmat üzrə Azərbaycan millisinin üzvü Arkadi Naydiç Almaniya çempionu olub.
"Report"un məlumatına görə, 35 yaşlı qrossmeyster buna "OSG Baden-Baden" komandasının heyətində yiyələnib. Naydiçin komandası sonuncu - 7-ci turda heyətində Şəhriyar Məmmədyarovun da yer aldığı "Vernhaym"ı üstələyib - 4.5:3.5.
Məmmədyarov son görüşdə ABŞ-ın tanınmış şahmatçısı Fabiano Karuana ilə heç-heçə edib - 0,5:0,5. Naydiç isə latviyalı İqor Kovalenkoya qalib gəlib - 1:0.
Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "OSG Baden-Baden" çempionatda maksimum nəticə ilə qalib olub. Rəqibindən 2 xal az toplayan "Vernhaym" gümüş medal qazanıb.
Son xəbərlər
05:12
"Reuters": ABŞ Braziliyanın Vaşinqtondakı səfirinin vizasını ləğv edib
Digər ölkələr04:39
Braziliya Argentina ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb
Digər ölkələr04:07
CENTCOM: ABŞ mindən çox gəminin Hörmüz boğazından keçməsinə kömək edib
Digər ölkələr03:54
CNN: Kaliforniyada Trampın qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb
Digər ölkələr03:35
Mask "SpaceX"in orbitə ildə 10 milyon tona qədər yük çıxarmağı planlaşdırdığını açıqlayıb
Digər ölkələr03:03
CNN: Pentaqonun əsas döyüş sursatı ehtiyatları təhlükəli dərəcədə azalıb
Digər ölkələr02:44
Rusiya Kiyevə zərbələr endirməyə başlayıb
Digər ölkələr02:14
"SpaceX" IPO-dan sonra 541 milyon dollar rüblük zərər açıqlayıb
Digər ölkələr01:42