Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
Fərdi
- 29 mart, 2021
- 12:22
Aprelin 3-də Rusiyanın paytaxtı Moskvada start götürəcək ağırlıqqaldırma üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Federasiyadan "Report"a verilən məlumata görə, 9 gün davam edəcək yarışda Boyanka Kostova (59 kq) qadınların, Əliş Nəzərov (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) kişilərin mübarizəsinə qatılacaq.
İdmançılar baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında çıxış edəcəklər.
Qeyd edək ki, Avropa çempionatında 40 ölkədən 361 idmançının (179 qadın + 182 kişi) iştirakı gözlənilir.
Azərbaycanı hakim qismində beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edəcək.
Son xəbərlər
23:26
Bütün dünya İranın Azərbaycana dron hücumunu qınayır - XÜLASƏ
Xarici siyasət23:21
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub - CƏDVƏL
İnfrastruktur23:16
Makron: Fransa Livana hərbi dəstəyi gücləndirir
Digər ölkələr23:03
Prezident İlham Əliyevin İranın Azərbaycana hücumu barədə bəyanatları xarici mediada geniş işıqlandırılıb - İCMAL
Xarici siyasət22:57
Türkiyəli deputat: Dünyanın Türkiyə və Azərbaycan kimi dövlətlərin ədalətinə ehtiyacı var
Region22:50
Bəhreyn XİN İranın Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyib
Digər ölkələr22:29
Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib
Xarici siyasət22:26
İş adamı Merçant Trampa qarşı sui-qəsddə İranın əli olduğunu bildirib
Digər ölkələr22:20