Milli Gimnastika Arenasında "Winter Fairytale" beynəlxalq turniri keçirilib

Fərdi
  • 08 dekabr, 2025
  • 17:24
Milli Gimnastika Arenasında Winter Fairytale beynəlxalq turniri keçirilib

Milli Gimnastika Arenasında "Winter Fairytale" beynəlxalq turniri keçirilib.

"Report" xəbər verir ki, yarışda 9 ölkədən 28 klubun ümumilikdə 262 gimnastı mübarizə aparıb.

Gimnastlar müxtəlif yaş kateqoriyaları üzrə (2010–2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018–2019-cu il təvəllüdlülər) alətsiz proqramla yanaşı, lent, halqa, top, gürzlər və ip növlərində çıxış ediblər.

Proqramların sonunda müxtəlif kateqoriyalarda fərqlənən gimnastlar mükafatlandırılıblar.

Turnirin son günü isə xüsusi bir hadisə ilə yadda qalıb. İsrailin məşhur bədii gimnastı, Olimpiya çempionu Linoy Aşram turnir iştirakçıları üçün "ustad dərsi" keçib. Dünya gimnastikasının ən parlaq adlarından biri olan Linoy dərs zamanı gənc gimnastlarla öz idman yolu, nailiyyətləri və bu yolda qarşılaşdığı çətinliklər barədə danışıb.

Daha sonra praktiki məşq hissəsinə keçərək idmançılara yeni texniki nüanslar və elementlərin icrasını öyrədib. Gənc gimnastların böyük maraqla izlədiyi "ustad dərsi" turnirə xüsusi rəng qatıb və iştirakçılar üçün unudulmaz təcrübəyə çevrilib.

Son xəbərlər

Bütün Xəbər Lenti