Lüis Hemilton Meksika Qran-prisində qalib ola bilməyib
Fərdi
- 07 noyabr, 2021
- 20:57
Mexiko avtodromunda "Formula 1" üzrə Meksika Qran-prisi keçirilib.
"Report"un məlumatına görə, yekunda "Red Bull" pilotu Maks Ferstappen qalib olub. İkinci yeri "Mercedes" sürücüsü, 7 qat dünya çempionu Lüis Hemilton tutub. "Üçlüy"ü "Red Bull"un digər sürücüsü Serxio Peres qapayıb.
Bununla da Ferstappen 312,5 xalla liderliyini möhkəmlədib. Hemilton 293,5 xalla ikinci, "Mercedes"in digər pilotu Valtteri Bottas isə 185 xalla üçüncüdür. Dördüncü pilləni "Red Bull"un daha bir sürücüsü Serxio Peres 165 xalla tutur.
Konstruktorlar Kubokunda "Mercedes" 478,5 xalla liderdir. "Red Bull" 477,5 xalla ikinci, "Ferrari" 268,5 xalla üçüncüdür.
Qeyd edək ki, növbəti Qran-pri 12 - 14 noyabrda Braziliyada olacaq.
Son xəbərlər
18:48
Foto
Enerji Dialoqu Platforması çərçivəsində gənc jurnalsitlər üçün məlumatlandırma sessiyalarına başlanılıb
Energetika18:46
Foto
Naxçıvanda "Gənclik Festivalı – Şərur 2026" keçirilib
Daxili siyasət18:42
İsrail XİN maliyyə naziri və ölkə vətəndaşlarına qarşı sanksiyaları pisləyib
Digər ölkələr18:38
Foto
Özbəkistan və ABŞ ticarət-investisiya əməkdaşlığının inkişafını müzakirə edib
Digər ölkələr18:35
BP yeni ikiseqmentli biznes strukturuna keçəcək
Energetika18:31
Foto
Çövkən üzrə II dünya çempionatında Nigeriya millisi Türkiyəni məğlub edib
İdman18:21
İsrailin maliyyə nazirinin Fransaya girişinə qadağa qoyulub
Digər ölkələr18:17
Azərbaycanın U-17 millisi Qazaxıstana ikinci oyunda da uduzub
Futbol18:14
Foto