Konor Makqreqor ABŞ-da saxlanılıb
Fərdi
- 12 mart, 2019
- 00:21
İrlandiyalı qarışıq döyüş növləri ustası Konor Makqreqor ABŞ-ın Florida ştatının Mayami-Biç kurort şəhərində yerli polis tərəfindən saxlanılıb.
"Report" "Miami Herald" nəşrinə istinadən xəbər verir ki, o, martın 11-də fanatının telefonunu qırdığına görə tutulub.
Polisin məlumatına görə, bu, pərəstişkarın otel yaxınlığında idmançının şəklini çəkməsindən sonra baş verib. Makqreqor telefonu qırıb və özü ilə aparıb, buna görə də ona qarşı qarət və dələduzluq maddəsi üzrə ittiham irəli sürülüb.
"Mmafighting.com" xəbər verir ki, zərərçəkən İngiltərədən olan Əhməd Abdirzakdır.
Konor Floridada UFC-yə qayıtmağa hazırlaşırmış. Onun sözügedən turnirdə sonuncu döyüşü rusiyalı Həbib Nurməhəmmədova qarşı olub.
Son xəbərlər
16:25
Odessa yaxınlığında dron hücumuna məruz qalan azərbaycanlı dənizçilərin olduğu gəmi Rumıniyaya çatıb
Hadisə16:23
Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq
Energetika16:19
Abşeronda saxta alıcı evdən 5 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinir
Hadisə16:13
"Turan" voleybol klubu heyətini Yanq Hanyu Şandonqla gücləndirib
Komanda16:13
TDT-nin ilk peykinin 2027-ci ildə buraxılması planlaşdırılır
İKT16:02
Azərbaycanda dövlətə ərzaq satışına dair təkliflərin qəbuluna başlanılacaq
ASK15:51
Foto
Azərbaycanda sığorta məhsullarının çeşidinin artırılması müzakirə olunub
Maliyyə15:49
FT: Ukrayna Rusiyanın neft emalı müəssisələrinin 30 %-dən çoxunu sıradan çıxarıb
Digər ölkələr15:46