İtaliyanın ikiqat dünya çempionu koronavirusdan öldü
Fərdi
- 23 fevral, 2021
- 04:37
İtaliyanın motosiklet sürmə yarışı üzrə (MotoGP növü) ikiqat dünya çempionu Fausto Qrezini vəfat edib.
“Report” xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” məlumat yayıb. Məlumata görə, o, Boloniya hospitallarından birində koronavirusdan ölüb.
Altmış yaşlı Qrezini ötən il dekabrın sonlarında koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Bu müddət ərzində onun vəziyyəti bir neçə dəfə pisləşib. Keçmiş idmançı bir neçə həftə koma vəziyyətində olub. O, fevralın 18-də yenidən komaya düşüb.
Qrezini son illər əsasını özü qoyduğu "Gresini Racing" komandasına rəhbərlik edib.
Son xəbərlər
21:09
Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir
Digər ölkələr20:58
ABŞ və Kolumbiya liderləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni müzakirə ediblər
Digər ölkələr20:37
Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
İnfrastruktur20:27
Şahbaz Şərif sabah Türkiyəyə səfər edəcək
Region20:12
"Türk Dünyası Həftəsi"nin iştirakçıları qəbul etdikləri Xankəndi Bəyannaməsində İlham Əliyevə təşəkkür ediblər
Xarici siyasət20:11
Ərdoğan İtaliyanın Baş naziri ilə regional və qlobal məsələləri müzakirə edib
Region20:06
Foto
Azərbaycan və Dünya Bankı yol sektorunda institusional islahatları müzakirə edib
İnfrastruktur19:49
Dəməşqdəki partlayışda ölənlərin sayı 10-a çatıb
Digər ölkələr19:35
Foto