İtaliyalı qadın konkisürən olimpiya rekorduna imza atıb

Fərdi
  • 08 fevral, 2026
  • 00:03
İtaliyalı qadın konkisürən olimpiya rekorduna imza atıb

İtaliyalı konkisürən Françeska Lollobricida Milanda keçirilən XXV Qış Olimpiya Oyunlarında qadınlar arasında 3 min metr məsafədə qalib gələrək yeni olimpiya rekordu müəyyənləşdirib.

"Report" xəbər verir ki, idmançı məsafəni 3 dəqiqə 54,28 saniyəyə qət edib.

Beləliklə, o, İtaliyaya ilk qızıl medalı qazandırıb. İkinci yeri qalibdən 2,26 saniyə geri qalan norveçli idmançı Raqne Viklund tutub. Bürünc medalı 2,65 saniyə geridə qalan kanadalı Valeri Malte qazanıb.

Əvvəlki rekord (3:56,93 saniyə) 2022-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında qeydə alınıb və niderlandlı İren Sxautenə məxsus idi.

Son xəbərlər

Bütün Xəbər Lenti