İsveçrəli motosikletçi Malayziya Qran-prisində qəza keçirib
Fərdi
- 27 oktyabr, 2025
- 17:35
İsveçrəli motosikletçi Noa Dettviler "Moto3" sinifi üzrə Malayziya Qran-prisində qəza keçirib.
"Report" "Blick"ə istinadən xəbər verir ki, o, yarış zamanı Xose Antonio Rueda ilə toqquşub.
Hər iki idmançı dərhal helikopterlə Kuala Lumpurdakı xəstəxanaya çatdırılıb.
Ağciyər və dalaq zədələnməsi, həmçinin ayağın açıq sınığı ilə nəticələnən qəzadan sonra 20 yaşlı isveçrəli çoxsaylı ürək dayanmaları keçirib. O, həmçinin bir neçə əməliyyat da keçirib.
Digər idmançıya isə biləyin sınması, əzilmələr və ağır beyin silkələnməsi diaqnozu qoyulub.
Qeyd edək ki, N.Dettviler "CIP Green Power" komandasının üzvüdür. O, "Moto3" üzrə 38 yarışda iştirak edib. İdmançı cari mövsümdə şəxsi hesabda 32-cidir.
Son xəbərlər
05:21
NASA astronavtları "Canadarm2" manipulyatorunun təmiri üçün açıq kosmosa çıxacaq
Digər ölkələr05:18
DÇ-2026: Norveç Seneqalla matçda hesab arasındakı fərqi artırıb - YENİLƏNİR-6
Futbol04:58
Kilan Mbappe Fransa - İraq matçının ən yaxşı futbolçusu olub
Futbol04:56
CNN: ABŞ-nin Milli Kəşfiyyat İdarəsi əməkdaşlarının kütləvi ixtisarına başlayıb
Digər ölkələr04:48
DÇ-2026: Dörd saata yaxın çəkən oyunda Fransa İraqı məğlub edib - YENİLƏNİB-7
Futbol04:17
Tramp: İranın dəniz blokadasının hava hücumlarından daha effektiv olduğunu bildirib
Digər ölkələr03:48
İran və ABŞ Hörmüz boğazı məsələləri ilə bağlı əlaqə xətti yaradıblar
Digər ölkələr03:17
İran ABŞ ilə danışıqlara paralel olaraq hərbi gücünü artırır
Region02:56