Beynəlxalq Olimpiya Komitəsi Soçi-2014-dəki payını Rusiyaya hədiyyə edib
Fərdi
- 20 aprel, 2015
- 13:00
Bakı. 20 aprel. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (İOC) 2014-cü il Soçi Qış Olimpiya Oyunlarından öz payına düşən gəlirdən imtina edib. "Report"un məlumatına görə, bu barədə İOC-un prezidenti Tomas Bax Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.
Komitə rəsmisi həmin məbləğin Rusiya Olimpiya Komitəsinin hesabına köçürüləcəyini bildirib: "Soçi-2014 yalnız təşkilati baxımdan müvəffəqiyyət qazandırmadı, həm də iqtisadi dividend gətirdi. İOC öz payından imtina edərək onu Rusiyaya verir. Çünki bu pullar Rusiya idmanına fayda verəcək".
V.Putin isə öz növbəsində T.Baxla Rusiyada Olimpiya irsinin və universitetinin inkişaf məsələlərini və İOC-la birgə fəaliyyətin mümkünlüyünü müzakirə etdiklərini söyləyib.
Son xəbərlər
20:02
Mərdəkanda dənizdə 1 nəfər batıb
Hadisə19:47
"Reuters": Livan və İsrail Romada qoşunların geri çəkilməsi planı üzrə irəliləyiş əldə ediblər
Digər ölkələr19:32
Aİ Ukrayna ilə müdafiə tərəfdaşlığına və dronların birgə istehsalı proqramına start verib
Xarici siyasət19:24
ABŞ-də ötən həftə neft ehtiyatları 1,69 milyon barel azalıb
Digər ölkələr19:13
Gürcü analitik: Şuşa Forumu Azərbaycanın əməkdaşlıq siyasətinin dünyaya təqdim olunduğu mühüm platformadır
Xarici siyasət19:10
Rafiq Hüseynov: "Yeniyetmə güləşçilərimiz Bakıda keçiriləcək U-17 dünya çempionatına hazırdır"
Komanda18:49
Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNİB-2
Hadisə18:32
Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir
Xarici siyasət18:28