İkiqat olimpiya çempionu Dünya Kubokuna hazırlıq zamanı ciddi xəsarətlər alıb
Fərdi
- 11 dekabr, 2025
- 17:53
İsveçrəli dağ xizəkçisi, ikiqat olimpiya çempionu Mişel Gizin qadınlar arasında Dünya Kubokuna hazırlıq zamanı ciddi xəsarətlər alıb.
"Report" AP-yə istinadən xəbər verir ki, hadisə cümə axşamı səhər baş verib.
32 yaşlı idmançı 110 km/saat sürətlə gedən zaman xizəkdə dayana bilməyib və ikinci təhlükəsizlik toruna çırpılıb.
O, hadisə zamanı huşunu itirməsə də, üzündə kəsiklər yaranıb. İdmançı vertolyot vasitəsilə dağdan endirilərək tibb müəssisəsinə çatdırılıb.
Qeyd edək ki, isveçrəli idmançı 2018-ci ildə Cənubi Koreyada, 2022-ci ildə Çində keçirilən Qış Olimpiya Oyunlarının qalibi olub.
Son xəbərlər
20:09
Qəzzada HƏMAS-ın komandanlarından biri öldürülüb
Digər ölkələr19:55
Bəzi rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA
Ekologiya19:52
Zelenski: Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketi qüvvəyə minib
Digər ölkələr19:32
Rubio: Ruandanın Konqodakı fəaliyyəti sülh sazişinin pozulmasıdır
Digər ölkələr19:13
Rusiyada təyyarə qəzasında bir nəfər xəsarət alıb - Yenilənib
Region19:06
Video
"AnewZ" Vardanyanın cinayətləri barədə "The Oligarch"s Design" adlı sənədli film hazırlayıb
Media18:38
Foto
Azərbaycanla Rumıniya arasında vəkillik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
Xarici siyasət18:36
Suriyada amerikalı hərbçilər güllələnib
Digər ölkələr18:28