Hindistanlı dünya çempionu qətlə görə həbs olundu
Fərdi
- 23 may, 2021
- 10:32
Hindistanın keçmiş sərbəst güləşçisi Suşil Kumar qətl şübhəsi ilə həbs olunub.
"Report"un "Xinhua News Agency"yə istinadən məlumatına görə, 38 yaşlı keçmiş pəhləvan mayın 4-də stadionda bir nəfərin ölümü ilə nəticələnmiş davada iştirak edib.
O, həmin hadisədən sonra qaçıb gizlənib. Polis Kumar barədə informasiya verən üçün 1,4 milyon ABŞ dolları mükafat vəd edib. Tanınmış idmançı paytaxt Dehli ətrafındakı Mundka kəndində saxlanılıb.
Qeyd edək ki, Suşil Kumar 2010-cu il dünya çempionatında 66 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həmçinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bürünc, Hindistanın komandasının bayraqdarı olduğu London-2012-də gümüş medala sahib olub.
Son xəbərlər
18:50
Kipr məsələsi ilə bağlı son proseslər qiymətləndirilib
Region18:35
Pezeşkian: İran regionda yeni şərait yarada bilər
Region18:32
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir
Region18:23
Kallas: Aİ İranla atəşkəsin Livana da şamil edilməli olduğuna inanır
Digər ölkələr18:10
Pakistan ABŞ-İran dialoqunda irəliləyiş üçün bütün səyləri dəstəkləyəcək
Digər ölkələr18:06
Avropa Komissiyası Fransaya 15 milyard avroluq hərbi kredit verəcək.
Digər ölkələr17:57
İki gün ərzində 32,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Hadisə17:53
Foto
Gəncədə "Range Rover" sərnişin avtobusu ilə toqquşub, bir ailənin 4 üzvü xəsarət alıb
Hadisə17:51