Hidayət Heydərov dünya çempionatında mübarizəyə qoşulacaq
Fərdi
- 09 may, 2023
- 05:09
Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında Azərbaycanın daha bir cüdoçusu bu gün mübarizəyə başlayacaq.
“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu Hidayət Heydərov 1/16 final mərhələsində mübarizəyə qoşulacaq.
26 yaşlı idmançı bu raundda Adil Osmanov (Moldova) - Martin Hojak (Sloveniya) cütünün qalibinə rəqib olacaq.
Qeyd edək ki, daha əvvəl oğlanlarda Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), qızlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Yarış mayın 14-də başa çatacaq.
Son xəbərlər
12:06
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
Daxili siyasət11:48
Foto
Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
Daxili siyasət11:33
Foto
Video
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Energetika11:32
Cəlilabad boksçusu "Olimpiya Ümidləri" beynəlxalq turnirinin qalibi olub
Fərdi11:23
Azərbaycan millisi Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək
Komanda11:06
Yaponiyanın baş məşqçisi Tunislə matçı dəyərləndirib: "Aqressiv oynadıq"
Futbol11:03
Rusiya ordusu Poltavanı bombalayıb, ölənlər və yaralılar var
Digər ölkələr10:51
Tunis - Yaponiya oyununun ən yaxşısı Ayase Ueda seçilib
Futbol10:41