Avropa çempionatı: Hidayət Heydərov yarımfinala yüksəlib - YENİLƏNİB-2

Fərdi
  • 17 aprel, 2026
  • 12:45
Avropa çempionatı: Hidayət Heydərov yarımfinala yüksəlib - YENİLƏNİB-2

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının yarımfinalına yüksəlib.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/4 finalda Fransanı təmsil edən Dayyan Boulemtafesə qalib gəlib.

Millinin lideri yarımfinalda Bilal Çiloğlu (Türkiyə) ilə qarşılaşacaq.

H.Heydərov daha əvvəl 1/16 finalda Konstantinos Tsaparası (Yunanıstan), 1/8 finalda isə Dardan Çenanı (Kosovo) məğlub etmişdi.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/8 finalda Dardan Çenaya (Kosovo) qalib gəlib.

O, daha əvvəl 1/16 finalda Konstantinos Tsaparası (Yunanıstan) məğlub etmişdi.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/16 finalda Konstantinos Tsaparasa (Yunanıstan) ipponla qalib gəlib.

Təmsilçimiz 1/8 finalda Dardan Çena (Kosovo) ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.