Yeddiqat dünya çempionu məşhur saat şirkətinə uduzdu
Fərdi
- 21 noyabr, 2020
- 09:43
Avropa Apellyasiya Məhkəməsi "Formula 1" pilotu Lüis Hemiltonun ABŞ-ın "Hamilton" saat şirkəti ilə bağlı iddiasını rədd edib.
"Report" "racefans.net" saytına istinadən xəbər verir ki, təqdim olunan arqumentlərin əsassız olduğunu nəzərə alan apellyasiya heyəti firmanın 7 qat dünya çempionunun ad və soyadından istifadə etmədiyinə dair qərar çıxarıb. Bunun sadəcə, ticarət nişanı olduğu və adın ingilisdilli ölkələrdə kifayət qədər geniş yayıldığı bildirilib.
"Hamilton" şirkəti məhkəmədə 1892-ci ildən bəri bu ad altında saatlar istehsal etdiyini sübuta yetirib.
Qeyd edək ki, Lüis Hemilton daha əvvəl 2017-ci ildə saat brendini məhkəməyə verib. 3 il davam etmiş proses britaniyalı pilotun məğlubiyyəti ilə başa çatıb.
Son xəbərlər
17:04
Daşkənddə Azərbaycan və Özbəkistan Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb
Xarici siyasət17:02
Foto
Xankəndi sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Daxili siyasət17:02
"Çelsi" "Real"ın futbolçusu Alvaro Karrerası heyətinə qatmaq istəyir
Futbol16:57
Azərbaycanla Moldova təhsil və tədqiqat sahəsində əməkdaşlığı inkişaf etdirir
Elm və təhsil16:55
Xalid Xalafalla: "Qlobal halal istehlak xərcləri 3 trilyon dolları keçə bilər"
Maliyyə16:55
DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb
Elm və təhsil16:51
Ramil Həsən Dövlət Bağçalı ilə TÜRKPA-nın fəaliyyətini müzakirə edib
Xarici siyasət16:50
Foto
Azərbaycan "WiT Phocuswright Middle East" turizm tədbirində iştirak edib
Turizm16:50