Azərbaycanın daha bir güləşçisi dünya çempionatında bürünc medal qazanıb
Fərdi
- 14 avqust, 2019
- 15:58
Azərbaycanın sərbəst güləşçisi Hacımurad Hacıyev Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasındakı dünya çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı Gürcüstan və Almaniya güləşçilərini məğlub etsə də, yarımfinalda ABŞ təmsilçisinə uduzub. Hacıyev üçüncü yer uğrunda görüşdə rusiyalı Devid Betanovu üstələyib.
Bu gün mübarizəyə qoşulan Əsgər Məmmədəliyev (61 kq), Məhəmməd Asiyatilov (86 kq), Asxab Həmzətov (92 kq) və İslam Abuyev (125 kq) medalsız qalıb.
Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) da bürünc medala sahib olub.
Son xəbərlər
13:19
Gürcüstanda beynəlxalq cinayətkar şəbəkənin silah qaçaqmalçılığı ilə məşğul olan 3 üzvü saxlanılıb
Region13:13
"Araz-Naxçıvan" əvəzediclərdən ibarət komandasının ev oyunları üçün AFFA-ya müraciət edib
Futbol13:06
İsrail Livanda "Hizbullah"ın yeraltı obyektini məhv edib
Digər ölkələr13:00
II Qaregin və altı yepiskop barəsində cinayət işi məhkəməyə göndərilib
Region12:58
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ekologiya12:58
Nəzrin Əhmədli Bakıda keçirilən dünya çempionatında Almaniya güləşçisinə uduzub
Fərdi12:56
Azərbaycan qızıl ixracından gəlirini 40 %-dən çox artırıb
Sənaye12:55
"Azərkosmos"un ixrac gəlirləri 54 % artıb
İKT12:42