Günay Qurbanova yenidən Avropa çempionu olub
Fərdi
- 03 iyul, 2025
- 22:46
İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.
"Report" xəbər verir ki, bu gün qadın güləşi üzrə ilk çempionlar müəyyənləşib.
Dünən bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn Günay Qurbanova (59 kq) həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşıb. Finalın əvvəlindən sonunadək dominantlıq edən həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.
Beləliklə, güləşçimiz bu il iştirak etdiyi üçüncü yarışda da qızıl medala sahib çıxıb. Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U-23 Avropa çempionatının qalibi olub.
Son xəbərlər
05:29
İraq millisinin baş məşqçisi: "Qrupdan çıxmaq üçün şansımız var"
Futbol05:22
DÇ-2026: Messi Argentinanı Əlcəzairlə oyunda hesabda irəli çıxarıb - YENİLƏNİR
Futbol05:13
Ekvadorun 10 əyalətində artan cinayətkarlıq səbəbindən fövqəladə vəziyyət elan edilib
Digər ölkələr04:43
"G7" liderləri Rusiyaya qarşı sanksiyaların gücləndiriləcəyini bəyan ediblər
Digər ölkələr04:41
Erlinq Holann İraq - Norveç matçının ən yaxşı oyunçusu adına layiq görülüb
Futbol04:19
İspaniya və Venesuelanın ən böyük neft-qaz şirkətləri əməkdaşlıq barədə razılığa gəlib
Digər ölkələr04:00
Holann 2 qol vurub, Norveç DÇ-2026-ya qələbə ilə start verib - YENİLƏNİB-7
Futbol03:44
Ukraynada müharibənin başlanğıcından bəri ilk dəfə hərbçilərin tərxis olunacağı elan edilib
Digər ölkələr03:26
Foto