Gimnastımız Misirdə gümüş medal qazandı
Fərdi
- 07 iyun, 2021
- 09:19
Azərbaycanın idman gimnastı Cavidan Babayev Misirdə keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.
"Report" Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, təsnifatda halqalarla çıxışına görə finala adlayan idmançı həlledici mərhələdə fəxri kürsünün ikinci pilləsinə yüksəlməyi bacarıb.
Sərbəst hərəkətlər üzrə finala vəsiqə qazanan Murad Ağarzayev isə yekunda 6-cı yerlə kifayətlənməli olub.
Qeyd edək ki, 3 - 6 iyunda təşkil olunmuş Dünya Kubokunda Azərbaycanı 3 gimnast təmsil edib. Babayev və Ağarzayevlə yanaşı, Sərvər Əliyev də yarışda qüvvəsini sınayıb.
Son xəbərlər
07:51
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib
Xarici siyasət07:46
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Xarici siyasət07:45
İran reklam məlumatları vasitəsilə ABŞ qoşunlarının yerini izləyə bilər
Digər ölkələr07:23
Pakistanda kömür mədəninin çökməsi nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
Digər ölkələr07:17
HƏMAS-ın tərksilah edilməsi Türkiyə, Misir və Qətərin vasitəçiliyi ilə əldə edilib
Region06:50
Venesuela və Çili barışır
Digər ölkələr06:14
Yenin möhkəmlənməsi fonunda Tokio fond bazarı yüksəlib
Digər ölkələr05:47
Ağ Evin rəhbəri ABŞ-nin ən iri şirkətlərindən yüz milyonlarla dollar alıb
Digər ölkələr05:15