Gəncədə "Olimpiya Ümidləri" beynəlxalq karate turniri keçiriləcək

Fərdi
  • 15 iyul, 2026
  • 16:56
Gəncədə Olimpiya Ümidləri beynəlxalq karate turniri keçiriləcək

İyulun 17-19-da Gəncə Olimpiya İdman Kompleksində "Olimpiya Ümidləri" beynəlxalq karate turniri keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Bir sıra ölkələrin idmançılarının iştirak edəcəyi turnir gənc karateçilərin təcrübə qazanmasına və beynəlxalq əlaqələrin inkişafına xidmət edəcək.

Yarışın təntənəli açılış mərasimi iyulun 18-də, saat 17:00-da Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq.