"Formula 1" komandası rusiyalı pilotla yollarını ayırır
Fərdi
- 03 mart, 2022
- 08:50
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandası rusiyalı pilotu Nikita Mazepinlə yollarını ayırmağı qərara alıb.
"Report" xəbər verir ki, bu barədə jurnalist Serxio Rodriges məlumat yayıb.
O bildirib ki, "Haas" Mazepini ehtiyat komandasından Pietro Fittipaldi ilə əvəzləyəcək. 26 yaşlı sürücü Mik Şumaxerlə birlikdə 10 - 12 martda Bəhreyndəki ikinci qış sınaq yarışlarında iştirak edəcək.
ABŞ təmsilçisinin tezliklə məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, 23-25 sentyabrda təşkili planlaşdırılan Rusiya Qran-prisi Ukrayna ilə müharibə səbəbindən ləğv edilib. "Formula 1" mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.
Son xəbərlər
15:29
İmişlidə DOST filialı fəaliyyətə başlayıb
Sosial müdafiə15:23
SEPAH ABŞ-nin Küveytdəki bazasına zərbə endirildiyini bəyan edib
Digər ölkələr15:22
İyulun bütün sosial ödənişləri yekunlaşdırılıb
Sosial müdafiə15:21
"Neftçi" İdman Klubu yeni loqosunu ictimaiyyətə təqdim edib
Fərdi15:13
Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi nəticəsində altı nəfər ölüb, onlarla insan yaralanıb
Digər ölkələr15:11
Azərbaycana qida idxal edən şirkət maliyyə vəziyyətini açıqlayıb
Biznes15:10
Rusiyanın Slavyanska zərbəsi zamanı Latviyanın fəxri konsulluğu zədələnib
Digər ölkələr15:06
Aİ makromaliyyə yardımı proqramı çərçivəsində Misirə daha 1,5 milyard avro ayırıb
Digər ölkələr15:04