"Formula 1": Fransalı pilot Bakıdakı yarışı buraxa bilər
Fərdi
- 02 aprel, 2023
- 11:06
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alpin" komandasının pilotu Pyer Qasli Azərbaycan Qran Prisini buraxa bilər.
"Report" xəbər verir ki, buna 27 yaşlı fransalı sürücünün Avstraliyadakı yarışda qəza törətməsi səbəb olub.
Qasli komanda yoldaşı Esteban Okonla toqquşub, nəticədə hər iki pilotun bolidi trasdan çıxaraq baryerə çırpılıb. Onlar yarışa davam edə bilməyiblər.
Pyer Qasli qəzada təqsirli bilinsə, iki cərimə xalı alacaq və Bakıdakı Qran Prini buraxacaq. Hazırda onun 10 cərimə xalı var.
"Alpin"in ehtiyat sürücüsü "Formula 2"də mübarizə aparan Cek Duendir.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28 - 30 apreldə təşkil olunacaq.
Son xəbərlər
23:54
Foto
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
Futbol23:46
Starmer iyunun 22-də vəzifədən gedəcəyi tarixi açıqlayacaq
Digər ölkələr23:22
"Al Hadath": İran ABŞ ilə danışıqları vasitəçilərlə davam etdirir
Region22:57
Ermənistan KM iyunun 26-da parlament seçkilərinin nəticələrinin ləğvi barədə iddialara baxacaq
Region22:37
"Al Mayadeen": Tramp təhdidlərə görə üzr istəməyənə qədər İran ABŞ ilə danışıqlara davam etməyəcək
Digər ölkələr22:11
Mikel Oyarsabal İspaniya - Səudiyyə Ərəbistanı matçının ən yaxşısı olub
Futbol22:00
Foto
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəlib - YENİLƏNİB-6
Futbol21:58
Netanyahu İsrailin Livanın cənubunda mövcudluğunu qoruyacağını bildirib
Digər ölkələr21:29