FIDE 2026-cı ilin ilk reytinq cədvəlini açıqlayıb
Fərdi
- 01 yanvar, 2026
- 11:50
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı ilin ilk reytinq cədvəlini açıqlayıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov (2730) 19-cu pillədə qərarlaşıb.
Teymur Rəcəbov (2692) 35-ci, Rauf Məmmədov (2645) 76-cı, Eltac Səfərli (2644) 78-ci sıradadır. Aydın Süleymanlı (2628) isə ilk "100-lük"dən kənarda qalıb. 20 yaşlı qrossmeyster 101-ci yerdə qərarlaşıb.
Kişilərin siyahısına norveçli Maqnus Karlsen (2840) başçılıq edir.
Qadınlardan Ülviyyə Fətəliyeva (2434) 27-ci, Günay Məmmədzadə (2390) 53-cü, Gövhər Beydullayeva (2364) 77-ci, Xanım Balacayeva isə (2351) 90-cı yerdədirlər.
Qadın şahmatçıların sıralamasında çinli Hou İfan (2613) liderdir.
Son xəbərlər
23:50
ÜST KDR tarixində ən böyük Ebola epidemiyası barədə məlumat verib
Digər ölkələr23:23
İranda Netanyahu və Trampın həbsi ilə bağlı qanun qəbul oluna bilər
Region23:07
Rumıniyada AES-in fasiləsiz işləməsi üçün tədbirlər görülür
Digər ölkələr22:56
Foto
Gürcüstanda Azərbaycan Əlifbası və Dili Günü qeyd olunub
Region22:49
İspaniya Kralı Seutadakı miqrasiya böhranına reaksiya verib
Digər ölkələr22:34
Türkiyədə mikroavtobus aşıb, 14 nəfər xəsarət alıb
Region22:22
Moskvanın mərkəzində partlayış baş verib, ölən və yaralananlar var
Digər ölkələr22:11
Numan Kurtulmuş: Bundan sonra Türkiyədəki terrorçular silahı yerə qoyacaq
Region21:38
Foto