Emin Cəfərov: "Atıcıların bugünkü nəticələri çox yaxşı oldu"
Fərdi
- 29 sentyabr, 2025
- 18:05
III MDB Oyunlarında Azərbaycan atıcılarının bugünkü nəticələri çox yaxşı olub.
"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, bunu Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov jurnalistlərə açıqlamasında deyib.
O, daha yaxşı nəticələrə ümid etdiyini söyləyib:
"Bugünkü nəticələr çox yaxşıdır. İlin əvvəlindən yarışlara hazırlaşmışdıq. Burada əsasən gənc idmançılarımız, yığma üzvləri çıxış edirlər. Artıq 3 medal qazanmışıq. Hər kəsi təbrik edirəm. İnanıram ki, növbəti günlərdə də medal qazanacaqlar".
Qeyd edək ki, bu gün Nərmin Cəfərova və Mürtəza Novruzlu stend atıcılığı üzrə yarışda gümüş medal qazanıblar. Atıcılıq yarışlarına oktyabrın 1-də yekun vurulacaq.
Son xəbərlər
23:46
Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb
Digər ölkələr23:33
Özgür Özelin toxunulmazlığının ləğvi tələb edilib
Region23:15
Al Tani Trampla ABŞ və İran arasında gərginliyin azaldılmasını müzakirə edib
Digər ölkələr22:58
Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib
Digər ölkələr22:42
"The Times": 260-dan çox pilot məzuniyyət pulunun ödənilməməsinə görə "Ryanair"i məhkəməyə verib
Digər ölkələr22:32
Kaxaber Sxadadze: "Qəbələ" hazırda yeni mövsümə heç 70 faiz hazır deyil"
Futbol22:29
Suriya İraqla sərhədə hərbi birləşmələr yerləşdirib
Digər ölkələr22:15
CENTCOM blokadanın bərpasından bəri 45 gəmini yönləndirib
Digər ölkələr22:03