Dünya Kuboku: Qvarzatilov finalda, 3 güləşçimiz üçün bürünc medal şansı
- 17 dekabr, 2020
- 16:44

Azərbaycanın daha bir sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda finala çıxmaq şansını əldən verib.
"Report"un məlumatına görə, yarımfinalda belaruslu Aleksandr Xuştinlə üz-üzə gələn Şamil Zubairov (97 kq) 0:8 hesabı ilə uduzub.
O, sabah bürünc medal qarşılaşmasına çıxacaq. Zubairovla yanaşı, Hacı Əliyev (65 kq) və Rəşad Yusifli (79 kq) də 3-cü yer uğrunda güləşəcək.
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Eloyan (Fransa) 9:5
1/4 final: Əhmədnəbi Qvarzatilov - Georgi Vangelov (Bolqarıstan) 4:3
1/2 final: Əhmədnəbi Qvarzatilov - Muhamad İkromov (Tacikistan) - 8:1
Final: Əhmədnəbi Qvarzatilov - Abashacı Məhəmmədov (Rusiya)
65 kq
1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (Rusiya) 4:0
1/4 final: Hacı Əliyev - Ernazar Akmataliyev (Qırğızıstan) 6:4
1/2 final: Hacı Əliyev - İsmayıl Musukayev (Macarıstan) - 6:7
Bürünc medal görüşü: Hacı Əliyev - İlman Muxtarov (Fransa) / Niurqun Skriabin (Belarus) cütünün qalibi
79 kq
Təsnifat: Rəşad Yusifli - Muhammet Kotanoğlu (Türkiyə) 2:5
Təsəlliverici görüş: Rəşad Yusifli - Vasile Minjala (Rumıniya)
97 kq
1/4 final: Şamil Zubairov - Samhan Cəbrayılov (Moldova) 8:1
1/2 final: Şamil Zubairov - Aleksandr Xuştin (Belarus)- 0:8
Bürünc medal görüşü: Şamil Zubairov - Ahmed Batayev (Bolqarıstan)
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib. Qadınlardan isə Elis Manolova (65 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
20:09
Azərbaycanın sərbət güləşçisi Hacı Əliyev (65 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda finala yüksələ bilməyib.
"Report"un məlumatına görə, 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda Macarıstan təmsilçisi İsmayıl Musukayevə uduzaraq, qızıl medal qazanmaq şansını əldən verib.
Əliyev sabah bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
19:55
Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 61 kq-da mübarizə aparan idmançı tacikistanlı Muhamad İkromovla qarşılaşıb.
Rəqibinə 8:1 hesabı ilə qalib gələn Qvarzatilov adını finala yazdırıb.