Dünya çempionu Maqnus Karlsen Bakıda zəhərlənib
Fərdi
- 22 avqust, 2023
- 19:47
Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen Bakıda keçirilən Dünya Kubokunun yarımfinalında azərbaycanlı Nicat Abasovla görüşdən sonra qidadan zəhərlənib.
“Report”un xəbərinə görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) mətbuat xidməti dünya çempionunun açıqlamasını yayıb.
Şahmatçı bildirib ki, son iki gündür yemək yeyə bilmir:
“Normal vəziyyətdə yəqin ki, bir az üstünlüyüm olacaqdı. Çünki bir gün istirahət edərdim. Rəqibim isə dünən çətin tay-breyk oynamalı idi. Amma son bir neçə gündə olduqca pis vəziyyətdə idim.
Nicat Abasovla oynayandan sonra qidadan zəhərləndim. Son iki gündür yemək yeyə bilmirəm. Buna görə də çox sakit idim. Çünki əsəbi olmağa gücüm yox idi”, - o bildirib.
Dünya çempionu Maqnus Karlsen Bakıda zəhərlənib
Son xəbərlər
09:35
Rusiya Qara dənizdə Ukraynanın 3 gəmisinə zərbə endirib
Region09:27
"Monako" Romelu Lukakunu transfer etmək niyyətindədir
Futbol09:17
Ukrayna "Wildberries" anbarlarına zərbələri davam etdirir
Region09:14
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Energetika09:14
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Futbol09:11
"Azəristiliktəchizat" vətəndaşlara müraciət edib
Energetika09:11
Beyləqanda kanalda bir nəfər batıb
Hadisə09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.08.2026)
Maliyyə08:56