Dünya çempionu dələduzluğa görə yarışlardan kənarlaşdırılıb
Fərdi
- 07 noyabr, 2025
- 11:05
Fransalı biatlonçu, dünya çempionu Jüli Simon dələduzluğa görə yarışlardan kənarlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə Fransa Xizək İdmanı Federasiyasının (FFS) İntizam Komitəsi məlumat yayıb.
O, 5-i şərti olmaqla 6 ay müddətinə bütün yarışlardan uzaqlaşdırılıb. İdmançının cəzası noyabrın 7-də qüvvəyə minib.
29 yaşlı biatlonçunun 2021-2022-ci illər arasında onlayn alış-veriş üçün ödəniş etmək məqsədilə Fransa millisindəki iki komanda yoldaşının kartını oğurladığı üzə çıxıb və o, bu ilin oktyabrında üç aylıq şərti həbs cəzası alıb.
Bundan əlavə, 15 min avro məbləğində də cərimələnib.
Qeyd edək ki, J.Simon estafet yarışları üzrə 10 qat dünya çempionudur.
Son xəbərlər
01:18
Bəqai: İranın hücum etdiyi gəmilər neft-qaz yox, ABŞ üçün silah-sursat daşıyırdı
Region00:49
İsrail hərbçiləri Qəzzada HƏMAS-ın hərbi qanadının iki komandirini öldürüblər
Digər ölkələr00:11
Kassis: Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır
Xarici siyasət00:05
Dron hücumuna məruz qalan Türkiyəyə məxsus gəminin şəxsi heyəti Rusiyaya təxliyə olunub - YENİLƏNİB
Region23:51
Türkiyə və HƏMAS arasında Qəzza ilə bağlı danışıqlar aparılıb
Region23:45
Nəriman Axundzadə karyerasını Türkiyə Superliqasında davam etdirəcək
Futbol23:38
Almaniya ordusunun xüsusi bölməsi Litva-Belarus sərhədində yerləşdirilib
Digər ölkələr23:26
Fransanın kiçik çaylarında suyun səviyyəsi rekord dərəcədə aşağı düşüb
Digər ölkələr23:14