Dünya çempionatının mükafatçısı güllələnərək öldürülüb
Fərdi
- 23 oktyabr, 2021
- 08:39
Ekvadorlu atlet Aleks Kinonyes qətlə yetirilib.
"Report" "El Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı idmançı Quayakil şəhərində dostu ilə birlikdə naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
Quayas əyalətinin idman federasiyasının prezidenti Roberto İbanyes məlumatı təsdiqləyib.
Qeyd edək ki, Kinonyes 2019-cu ildə Qətərin paytaxtı Dohada keçirilmiş dünya çempoionatında 200 metr məsafəyə qaçışda bürünc medal qazanıb. O, həmin il Panamerika Oyunlarının qalibi olub. İdmançı Tokio-2020 Yay Olimpiya Oyunlarında da iştirak etməli idi. Lakin planlaşdırılmış dopinq yoxlamasına gəlmədiyi üçün Beynəlxalq Olimpiya Komitəsi (IOC) onun yarışa qatılmasını qadağan edib.
Son xəbərlər
05:08
DÇ-2026: Ekvador - Kurasao oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Futbol04:56
Kolumbiyada prezident seçkilərinin ikinci turu keçiriləcək
Digər ölkələr04:29
Fildişi Sahili millisinin baş məşqçisi Emers Fae: "Futbolçularımla qürur duyuram"
Futbol04:22
Vuçiç: Serb və bosniyalılar üçün ən yaxşı yol əməkdaşlıq, ən yaxın münasibətlərin qurulmasıdır
Digər ölkələr04:08
Yulian Naqelsman: "Fildişi Sahili üzərində qazanılan 3 xal çox önəmli idi"
Futbol03:33
"The Observer": Starmer iyunun 22-də istefasını açıqlaya verə bilər
Digər ölkələr03:04
Tramp: Hörmüz boğazından keçəcək gəmilərə ödəniş tətbiq oluna bilər
Digər ölkələr02:41
Vens İsveçrədə keçiriləcək ABŞ-İran danışıqlarının əsas mövzularını açıqlayıb
Digər ölkələr02:20