Dünya çempionatı: Emin Baxşəliyev serbiyalı rəqibinə məğlub olub

Fərdi
  • 27 iyul, 2026
  • 12:29
Dünya çempionatı: Emin Baxşəliyev serbiyalı rəqibinə məğlub olub

Azərbaycanın yunan-Roma güləşçisi Emin Baxşəliyev Bakıda keçirilən U-17 dünya çempionatındakı ilk görüşündə məğlub olub.

"Report"un məlumatına görə, 110 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində serbiyalı Andrey Simiçə 3:4 hesabı ilə uduzub.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.