Dünya çempionatı: Daha 3 cüdoçumuz mübarizəyə başlayır
Fərdi
- 07 iyun, 2021
- 05:26
Bu gün Azərbaycanın daha 3 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.
"Report"un məlumatına görə, kişilərin yarışında Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi 66 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) tatami üzərinə çıxacaq.
Şıxəlizadənin ilk rəqibi Lyütsian Dumitreski (Rumıniya) olacaq. Səfərov mübarizəyə İrlandiya təmsilçisi Natan Bernsə qarşı görüşlə start verəcək.
Məmmədəliyeva isə ilk qarşılaşmasında Tatyana Levitska - Şukvani (Gürcüstan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarışın ilk günündə 60 kq-da çıxış edən Kəramət Hüseynov bürünc medal qazanıb.
Son xəbərlər
15:17
"Bulla-dəniz" yatağında növbəti quyunun qazma və tamamlama işləri başa çatıb
Energetika15:14
Tusk: Rusiyanın raketini vurmağa hazır idik
Digər ölkələr15:06
57 kq narkotik vasitə və 1981 psixotrop həb dövriyyədən çıxarılıb
Hadisə15:04
Abşeron və Qızılağac milli parklarındakı əmlaklar qiymətləndiriləcək
Biznes15:01
Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasının 2026/2027 mövsümündə üç komanda təmsil edə bilər
Futbol15:00
İranda su və enerji istehlakı üzrə model müəyyənləşdiriləcək
Region14:54
Foto
ADA Universiteti Efiopiyanın Xarici İşlər İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb
Xarici siyasət14:54
AK dron, raket və qırıcıların alınması üçün Ukraynaya daha 3,47 milyard avro ayırıb
Digər ölkələr14:53