Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi mübarizəni iki medalla başa vurublar
Fərdi
- 30 avqust, 2025
- 14:06
Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında fərdi yarışları iki medalla başa vurublar.
"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün tatamiyə çıxan Məsumə Məmmədli (70 kq) 1/16 final mərhələsində Vanessa Karaffovaya (Çexiya) uduzub.
Sübhan Axundov (+90 kq) isə 1/8 finalda Kaito Tokita (Yaponiya) ilə dueldən məğlub ayrılıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 13 cüdoçusu tatamiyə çıxıb. Onlardan Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medal qazanıblar. Bu gün mundialda fərdi mübarizəyə yekun vurulur. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.
Son xəbərlər
02:23
İspaniya futbolçuları yeni rekord müəyyənləşdiriblər
Futbol02:19
De la Fuente Dünya və Avropa çempionluğunu qazanan üçüncü baş məşqçi olub
Futbol02:17
Ferran Torres İspaniya - Argentina matçının ən yaxşısı seçilib
Futbol02:13
Mbappe DÇ-2026-nın ən yaxşı bombardiri olub
Futbol02:02
İspaniya DÇ-2026-nın qalibi olub - YENİLƏNİB-6
Futbol01:40
Meşə yanğını Fransanın cənubunda dəmir yolu əlaqəsini iflic edib
Digər ölkələr01:20
ABŞ Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcıları göndərir
Digər ölkələr00:50
Livan Prezidenti və Rubio İsraillə sülh razılaşmalarının icrasını müzakirə edib
Digər ölkələr00:17