Cavid Həsənov: "Ümid edirəm ki, növbəti yarışlarda qızıl medal qazanacağam"
- 30 sentyabr, 2025
- 16:19

III MDB Oyunlarında ikinci yeri tutan Azərbaycan atıcısı Cavid Həsənov növbəti yarışlarda qızıl medal qazanacağına ümid edir.
"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, idmançı bunu jurnalistlərə açıqlamasında bildirib.
O, qızıl medala yaxın olduğunu deyib:
"Mübarizə aparmaq xoş oldu. Finala yüksəldim. Qızıl medala yaxın idim. İnşallah, növbəti yarışda qızıl medal qazanaram".
İdmançı təşkilatçılığı yüksək qiymətləndirib:
"Hər şey yüksək səviyyədədir. Azarkeşlər dəstəklərini əsirgəmirlər. Bu mənə motivasiya verir. Yarışın təşkilində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Rəqiblər də layiqincə mübarizə apardılar, zəif deyildilər. Ona görə də maraqlı oldu".
Qeyd edək ki, Cavid Həsənov III MDB Oyunlarında stend atıcılığı üzrə gümüş medala yiyələnib.