Böyük Dəbilqə: Son gündə 3 cüdoçumuz mübarizəyə başlayır
Fərdi
- 03 aprel, 2021
- 05:00
Türkiyənin Antalya şəhərindəki cüdo üzrə Böyük Dəbilqə turnirinə bu gün yekun vurulacaq.
"Report"un məlumatına görə, yarışın son günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulacaq.
100 kq-da çıxış edən cüdoçulardan Zelim Kotsoyev 1/16 finalda Sirill Mare (Fransa), Elmar Qasımov isə eyni mərhələdə İsaak Bezzina (Malta) ilə üz-üzə gələcək.
100 kq-dan yuxarı çəki dərəcəsindəki Uşanqi Kokauri isə 1/8 finalda Daniel Allerstorfer (Avstriya) / Əli Ömər (Liviya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirində 13 cüdoçu ilə təmsil olunur. Onlardan Nicat Şıxəlizadə (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb.
Son xəbərlər
19:23
Dünya üçüncüsü olan Elmir Çərkəzov: "İnanıram ki, medalların davamı gələcək"
Fərdi19:01
Tramp Vaşinqton Dalles hava limanının 22 milyard dollarlıq yenidənqurma planını təqdim edəcək
Digər ölkələr19:00
Abdurrahman Hüseynli: "Dünya çempionatının finalında öz səhvimə görə məğlub oldum"
Fərdi18:53
Foto
Dünya çempionatı: Gümüş medal qazanan Əli Cavadlı mükafatlandırılıb
Fərdi18:47
Foto
Dünya çempionatı: Azərbaycan güləşçisi Elmir Çərkəzov bürünc medal qazanıb
Fərdi18:45
Foto
Hürrəm Sultanın xatirəsinə vətəni Roqatində abidə ucaldılıb, adına küçə verilib
Maraqlı18:33
Foto
Azərbaycan güləşçisi Abdurrahman Hüseynli dünya ikincisi olub
Fərdi18:30
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Monteneqroda saxlanılaraq ölkəyə gətirilib
Hadisə18:29