Böyük Dəbilqə: Elmar Qasımov bürünc medal qazanıb
- 03 aprel, 2022
- 15:18

Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda gürüşə çıxıb.
"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı kanadalı Kayl Reyeslə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Qasımov bürünc medala sahib çıxıb.
15:37
Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda gürüşə çıxacaq.
"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 final mərhələsində Qriqori Minaskini (Estoniya), daha sonra Marko Kumriç (Xorvatiya) və Şadi Elnahası (Kanada) məğlub edib.
1/4 finalda Nikoloz Şerazadişviliyə (İspaniya) uduzan 32 yaşlı cüdoçu təsəlliverici görüşdə Asley Qonzalezə (Rumıniya) qalib gəlib.
Eyni çəkidəki Zelim Kotsoyev 1/16 finalda Mert Şişmanları (Türkiyə) yensə də, Kayl Reyeslə (Kanada) dueldən məğlub ayrılıb. Qasımov medal uğrunda görüşdə Kotsoyevi məğlub edən Kayl Reyeslə (Kanada) üz-üzə gələcək.
90 kq-da yer alan Rüfət İsmayılov 1/32 finalda Qeorqi Qramatikovu (Bolqaristan) mübarizədən kənarlaşdırsa da, Komronşox Ustopiriyonla (Tacikistan) bacarmayıb.
100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/16 finalda Lorenzo Aqro Silvayna (İtaliya), növbəti raundda Sven Heynleyə (Almaniya) qalib gəlsə də, Alişer Yusupova (Özbəkistan) uduzub. Kokauri təsəlliverici görüşdə Temur Rakhimovu məğlub edə bilməyib. Eyni çəkidəki İmran Yusifov 1/16 finaldakı ilk qarşılaşmasında Marius Fizelə (Slovakiya) yenilib.
Qeyd edək ki, əvvəlki yarış günlərində tatamiyə çıxmış Azərbaycanın 12 cüdoçusu medal qazana bilməyib.