"Böyük Dəbilqə": Azərbaycanın dörd cüdoçusu medal görüşünə çıxacaq
Fərdi
- 15 fevral, 2025
- 12:28
Bakıda təşkil olunan "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın dörd cüdoçusu medal görüşünə çıxacaq.
"Report" xəbər verir ki, 73 kq çəkidə yarışan Rəşid Məmmədəliyev finalda yaponiyalı cüdoçu Tatsuki İşihara ilə üz-üzə gələcək.
Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə üz-üzə gələcək.
Zelim Tçkayev (81 kq) qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə qarşılaşacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.
Qeyd edək ki, final qarşılaşmaları saat 17:00-da başlayacaq.
Son xəbərlər
00:09
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
Region00:01
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
Region23:45
Azərbaycan güləşçilərinin ilk rəqibləri müəyyənləşib
Fərdi23:43
Braziliya Mileyin açıqlamalarından sonra Argentinadakı səfirini geri çağırıb
Digər ölkələr23:24
Hakan Fidanla BMT Baş katibi Suriya və Kipri müzakirə ediblər
Region23:02
"Axios": İrana zərbələri dayandırmağı CENTCOM-un rəhbəri tövsiyə edib
Digər ölkələr22:44
Peruda avtobusların toqquşması zamanı beş nəfər həlak olub
Digər ölkələr22:27
Braziliya Prezidenti ABŞ-nin yeni tariflərini strateji səhv adlandırıb
Digər ölkələr22:12