"Böyük dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazanıb
Fərdi
- 04 may, 2025
- 16:37
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın daha iki cüdoçusu medal qazanıb.
"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbovla Elcan Hacıyev finalda qarşılaşıblar.
Azərbaycan cüdoçularının mübarizəsində Elcan Hacıyev üstün olub və qızıl medal əldə edib. Vüqar Talıbov isə gümüş medala sahib olub.
Digər Azərbaycan təmsilçisi Camal Qamzatxanov (+100 kq) finalda tacikistanlı cüdoçu Temur Rakimovla yarışacaq.
Bürünc medal uğrunda mübarizə aparan Kənan Nəsibov (+100 kq) isə özbəkistanlı Utkirbek Turoboyevlə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.
Son xəbərlər
12:04
Azərbaycanda orta aylıq əməkhaqqı 7 %-dən çox artıb
Maliyyə12:01
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana propan və gübrə göndəriləcək
Energetika12:01
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 14 %-ə yaxın artıb
Maliyyə12:00
DÇ-2026: İspaniya 1/4 finalda bu gün Belçika ilə üz-üzə gələcək
Futbol11:55
Azərbaycan əhalisinin gəlirləri 10 %-dən çox artıb
Maliyyə11:53
Azərbaycanın strateji valyuta ehtiyatları 10 %-dən çox artıb
Maliyyə11:51
Azərbaycanın xarici dövlət borcu 8 % azalıb
Maliyyə11:48
Azərbaycan iqtisadiyyatı 1 %-ə yaxın böyüyüb
Maliyyə11:45