"Böyük Dəbilqə": Azərbaycanın dörd cüdoçusu bürünc medal görüşünə çıxacaq
Fərdi
- 10 may, 2024
- 10:38
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.
"Report" xəbər verir ki, ilk gündə Azərbaycanın 7 cüdoçusu 4 çəki dərəcəsində mübarizəyə qoşulub.
Cüdoçularımızdan dördü bürünc medal qazanmaq şansını saxlayır.
Kişilərin yarışında Əhməd Yusifov (60 kq) üçüncülük uğrunda görüşə çıxacaq. O, Yeldos Smetovla (Qazaxıstan) münasibətlərinə aydınlıq gətirəcək.
Ruslan Paşayev və Kamran Süleymanov (hər ikisi 66 kq) isə bir-biri ilə üz-üzə gələcəklər.
Qadınların mübarizəsində Leyla Əliyeva (48 kq) da finala yüksələ bilməyib. O, bürünc medal uğrunda türkiyəli Tucer Bederlə qarşılaşacaq.
Qeyd edək ki, üç gün davam edəcək turnirin qalibləri 1000, gümüş və bürünc medalçılar isə müvafiq olaraq 700 və 500 reytinq xalı qazanacaqlar.
Son xəbərlər
17:58
"Turan" yaponiyalı voleybolçu Minami Yoşiokanı heyətinə qatıb
Komanda17:57
Naxçıvanda son 6 ayda 60 nəfər ad, soyad və ata adını dəyişib
Daxili siyasət17:46
Foto
Azərbaycan torpaqların konsolidasiyasına dair Türkiyə təcrübəsini öyrənir
ASK17:44
Foto
Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb
Sağlamlıq17:38
Foto
Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib
Fərdi17:35
"Çelsi" Denni Uelbekin transferində maraqlıdır
Futbol17:28
Bakıda Qara Dəniz-Xəzər Logistika Forumu keçiriləcək
İnfrastruktur17:26
Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib
Xarici siyasət17:25