Böyük Dəbilqə: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır
- 17 fevral, 2022
- 07:19

Bu gün Azərbaycanın 3 cüdoçusu İsrailin paytaxtı Təl-Əvivdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 finalda Braziliya təmsilçisi Rayan Konseysao ilə üz-üzə gələcək.
Eyni çəkidəki Balabəy Ağayev Matan Kokolayev (İsrail) - Xulio Delqado (Kuba) cütünün qalibi ilə görüşəcək.
66 kq-dakı Yaşar Nəcəfov isə 1/16 finalda Ukraynadan olan Yevgeni Qonçarkonun müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, 34 ölkədən ümumilikdə 298 (165 kişi, 133 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq. Son məlumata əsasən, Azərbaycanı yarışda ümumilikdə 10 kişi cüdoçu təmsil etməli idi. Lakin onlardan Rüstəm Orucov (73 kq) koronavirusa yoluxduğu üçün yarışa buraxılmayacaq.