Belarus millisinin baş məşqçisi: Əminəm ki, evə qələbə ilə qayıdacağıq

Fərdi
  • 24 sentyabr, 2025
  • 04:40
Belarus millisinin baş məşqçisi: Əminəm ki, evə qələbə ilə qayıdacağıq

Belə mötəbər idman tədbirində iştirak edəcəyimiz üçün şadıq. Əminəm ki, evə qələbə ilə qayıdacağıq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB Oyunlarında iştirak üçün Bakıya gələn Belarusun stolüstü tennis üzrə yığmasının baş məşqçisi Rostislav Jadko deyib.

"Hazırlıqlara ilin əvvəlindən başlamışdıq. Komandamız iki oğlan, iki qız, əlavə iki nəfər və iki məşqçidən ibarət olmaqla, 9 nəfərdir. Ümumilikdə isə Belarusu 20 idman növündə 300-dən çox idmançı təmsil edəcək. Stolüstü tennis üzrə yarışlar əvvəl başlayacağı üçün biz qrupdan daha tez gəlmişik", - R. Jadko bildirib.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti