Bakıda mərkəzi yolların daha bir hissəsi bağlanır
Fərdi
- 03 iyun, 2022
- 13:49
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq məqsədilə quraşdırma işləri davam edir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) "Report"a verilən məlumata görə, Rəsul Rza küçəsi və Neftçilər prospektinin kəsişməsində nəqliyyatın hərəkəti 4 iyuna keçən gecə təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə qismən məhdudlaşacaq.
Burada nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq.
Həmçinin, 5 iyuna keçən gecə Neftçilər prospektindəki Bakı Dəniz Vağzalının önündə beton blokların quraşdırılması həyata keçiriləcək. Bununla əlaqədar yol bir qədər daralacaq.
BŞH sürücülərə anlayışlarına görə təşəkkür edir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.
Son xəbərlər
08:45
Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb
Hadisə08:24
"Anthropic" ABŞ hakimiyyətinin tələbi ilə ən son süni intellekt modellərini deaktiv edib
İKT08:00
Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
Elm və təhsil07:44
Pentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb
Digər ölkələr07:13
ABŞ - Paraqvay oyununun ən yaxşı futbolçusu bəlli olub
Futbol07:03
DÇ-2026: ABŞ Paraqvay üzərində qələbə qazanıb - YENİLƏNİB-8
Futbol06:48
Tramp ABŞ-nin "Tren de Aragua" qruplaşması liderinin zərərsizləşdirdiyini elan edib
Digər ölkələr06:44
İngiltərə millisində DÇ-2026 zamanı oğurluq hadisəsi yaşanıb
Futbol06:21